Şirvanda telefon oğruları saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şirvanda telefon oğruları saxlanıldı

Kriminal

13 Oktyabr 2022 11:16 840


Şirvanda telefon mağazalarından oğurluq edən şəxslər saxlanılıb. 

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən xəbərə görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki gün əvvəl şəhər ərazisində yerləşən mobil telefon satışı mağazalarının birindən 11 ədəd mobil telefon, 2 ədəd smart saat, 1 ədəd planşet, eləcə də müxtəlif sayla telefon aksessuarları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elbrus Zeynalov və Altay Xeyirxəbərov saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Dominos pizza

Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər bir cinayətlərinin üstü də açılıb. Araşdırmalar zamanı məlum olub ki, E.Zeynalov və A.Xeyirxəbərov sentyabr ayının əvvəlində də Şirvan şəhəri ərazisində analoji oğurluq hadisəsini törədərək, mağazaların birindən 15 ədəd mobil telefon və 1 ədəd planşet oğurlamaqla zərərçəkmişə 5030 manat maddi ziyan vurublar. Həmin şəxslər hər iki oğurluq hadisəsi zamanı əldə etdikləri qənimətləri isə dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları həmin şəxslərin respublikanın digər bölgələrində də analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!