“Siyasətin bu sahəyə qarışması...” -   Argentinalı Azərbaycandakı qanunsuz əməllərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Siyasətin bu sahəyə qarışması...” - Argentinalı Azərbaycandakı qanunsuz əməllərdən danışdı

İdman

24 Dekabr 2019 08:55 1841


2012–2014-cü illərdə Bakının “Rəvan” klubunda çıxış edən argentinalı hücumçu Xuan Vareanın “Yeni Sabah”a müsahibəsi:

- Hazırkı karyeranızla bağlı məlumat verərdiniz? İşləriniz necə gedir? Hansı planlarınız var?

- Hazırda Xorvatiyada (“NK Kamen Ivanbegovina”) futbolçu karyeramı davam etdirirəm. Burada özümü yaxşı hiss edirəm, işlərim qaydasındadır. Gələn ildən məşqçi olmaq üçün UEFA lisenziyası əldə etməyə çalışacağam.   pizza hut

- Karyeranız ərzində bir çox ölkələrdə çıxış etdiniz. Həmin ölkələr içində Azərbaycan çempionatı xatirinizdə necə qaldı?

- Bəli, karyeram ərzində bir çox ölkənin çempionatında çıxış etdim. Bu liqaların hərəsində fərqli-fərqli futbolun şahidi oldum. Amma deyə bilərəm ki, mən Azərbaycanda olanda çempionat çox güclü idi. Liqada güclü futbolçular çıxış edirdi. 

- “Rəvan”da çıxış etdiyin dönəmi necə xatırlayırsınız? Komanda yoldaşlarınız üçün darıxırsınız?

- Mən həmişə əlaqə saxlayacaqlarını gözləyirəm, amma heç kim mənə zəng etmir. Əlbəttə ki, mənim də Azərbaycanda və vaxtilə “Rəvan”ın üzvü olmuş insanlarla münasibətim var. 

- “Rəvan”da çıxış edərkən hansı oyun, yaxud hansı qolunuz sizin üçün unudulmaz oldu?

- “Neftçi” ilə oyunlar mənim üçün unudulmazdır və onları xatırlayıram. Çünki onlara həmişə qol vurmuşam (gülür). Ən yaddaqalan qolum da kubok oyununda bu komandaya qarşı olub. Qapıda da Stamenkoviç dayanmışdı.

- Nə vaxtsa Azərbaycana qayıtmaq, burada futbol sahəsində çalışmaq planlarınız arasında var? 

- Bəli, əlbəttə. Gələcəkdə oraya qayıtmaq istəyərəm. Mən və ailəmin Bakı ilə bağlı gözəl xatirələri var. Ancaq hələ ki, qayıtmaqla bağlı kimdənsə, hansısa klubdan təklif almamışam.

- Ölkəmizlə bağlı hansı xatirələr Sizin üçün unudulmazdır?

- Oradan çoxlu hadisələr, anlar xatirimdədir. Bunlar arasında möhtəşəm qədim şəhər, gecə Bakı Bulvarının işıqları və s. var. 

Yeməkləriniz də hələ də yadımdadır, çox dadlı idilər. Həmin yeməklər arasında lülə kababı qeyd edə bilərəm. Azərbaycan çayı və çörəyini də çox sevirdim. 

Bakıda yaşadığım üçün bu şəhəri çox sevsəm də, Lənkəran və Sumqayıt kimi şəhərlər də mənim üçün gözəl idi. 

- Azərbaycan Premyer Liqasını da izləyirsiniz? Yəqin xəbəriniz olar,  çempionatımızın elitasındakı komandaların sayı azalaraq 8-ə düşüb...

- Açığını desəm, çempionatınızı elə də yaxından izləyə bilmirəm. Sadəcə nəticələrə baxa bilirəm. Oyunları tam izləyə bilmirəm. Premyer Liqada 8 komandanın qalması, təbii ki, problemdir. Komanda sayı az olanda çox oyunçu da forma şansı əldə edə bilmir. Lakin mən oynadığım dönəmi yadıma salanda həmin vaxt Premyer Liqanın daha güclü olduğunu deyə bilərəm.

- Yəqin Azərbaycan milli komandasının da nəticələrini izləyərsiniz... Sizcə, bu məyusedici nəticələrə səbəb nədir?

- Məncə, əsas problem odur ki, milli komandanızda proseslərə, baş verənlərə münasibət klublardakı ilə eyni deyil. Komanda uduzmağa başlayanda hər şeyi dəyişirlər. Milliyə heç səbr göstərmirlər, amma bu səbrə çox ehtiyac var. 

- Siz gedəndən bir neçə il sonra (2017) “Rəvan” oyun alqı-satqısına, danışılmış oyunlara görə cəzalandırıldı və çempionatdan kənarlaşdırıldı. Sonra isə kpmanda fəaliyyətini dayandırdı. Siz orada olarkən danışılmış oyunlarla bağlı hər hansı şübhələriniz vardımı?

- Mən orada çıxış edərkən “Rəvan”da hər şey yaxşı və qaydasında görünürdü. Səmimi deyirəm, bundan sonra nə oldu, heç nə bilmədim. Həqiqətən də “Rəvan”ın dağılması mənim üçün çox məyusedicidir. Bəzən siyasətin bu sahəyə, siyasətə qarışması heç bir xeyir gətirmir. Danışılmış, oyunlar, oyun-alqı-satqısı çox pis şeydir. Bu qanunsuz əməllər futbola qara ləkə yaxır. 

- Bəs “Rəvan”dan necə ayrıldınız? Klubdan bütün pullarınızı, məvaciblərinizi ala bildiniz?

- Bununla bağlı bir şeyi deyə bilərəm ki, mən orada olarkən klub rəhbərliyi, çalışanlar mənimlə çox dəqiq idi. Heç bir problem yaşanmadı.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!