Siyavuş Aslan bu roluna görə tənqid olundu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Siyavuş Aslan bu roluna görə tənqid olundu - Video

Mədəniyyət

09 Fevral 2024 13:02 3774


“Komediya yalnız insanın daxili nöqsanlarını ifşa edən janrda oyundur, üslubdur, tərzdir”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri aktyor Nofəl Şahlaroğlu Youtube-da yayımlanan “Bax da” layihəsinin növbəti buraxılışında səsləndirib. O, mərhum xalq artisti Siyavuş Aslanın tənqid olunduğu məqam barədə danışıb: 

“Daxili nöqsanlar, qeybət, yaltaqlıq, paxıllıq.. Zahiri nöqsanla isə oynamaq olmaz. Əlillik, fiziki qüsur, şikəstlik, lal olmaq, kəkələmək və s. Siz nə danışırsınız?! Bir insan fiziki qüsurlu biri ilə necə məzələnə bilər? Allah rəhmət eləsin. Böyük sənətkar, üstad Siyavuş Aslanın müsahibəsinə baxmışam. Hicran tamaşası oynayandan sonra bir nəfər kəkələyən insan mənə yaxınlaşdı ki, ayıbdır. Bunu Siyavuş Aslan danışıb. Bilirsiniz, niyə? Sabit Rəhman kimi bir dramaturq “Dadaşbala kəkələyir” yazmamışdı. Dadaşbala 40-45 yaşlarında bir aşpaz köməkçisidir. Bitdi. Kəkələmək artıq insanlarda qıcıq yarada bilən fiziki nöqsandır. Siyavuş müəllim onu gözəl və çox yüksək ustalıqla ifa edib. Amma bu həmin tamaşaçıda qıcıq yaratmışdı. Çünki özü də kəkələyirdi”.  pizza hut

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • yamən
    Qulp qoymaq istəsən. Qulpsuz qzandada qulp taparsan.
    2 years ago