SMS icazə ilə bağlı daha bir yenilik -   Limit qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

SMS icazə ilə bağlı daha bir yenilik - Limit qoyuldu

Sosial

29 İyun 2020 14:22 5259


Azərbaycanda SMS icazə ilə bağlı yenilik olub.

Yenisabah.az-ın məlumatına görə, artıq 8103 SMS icazə sistemi vasitəsilə yalnız bir kodla yaşayış yerini tərk etmək mümkündür. 

Əhali bir gün ərzində 1 rəqəmi ilə təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün icazə alırdısa, 2 rəqəmini yollamaqla ərzaq və digər gündəlik tələbatını yerinə yetirə bilərdi. Artıq icazə üçün SMS limiti var: yalnız bir dəfə müraciət etmək olar. Toyuqlu pizza

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sui-istifadə hallarına yol verildiyi üçün artıq SMS-icazə sisteminə limit qoyulub:

“Vətəndaşlarımıza dəfələrlə müraciət edərək sui-istifadə hallarına yol verməmələrini xahiş etmişdik. Amma bu hallar çox yaşandığından SMS icazəyə limit qoyulub və bundan gündə yalnız bir dəfə istifadə etmək olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!