Şok əməliyyat! -   Sağ adama “öldü” deyib, orqanlarını çıxarmaq istədilər

saytların hazırlanması

Evə çatdırılma

Şok əməliyyat! - Sağ adama “öldü” deyib, orqanlarını çıxarmaq istədilər

Dünya

24 Oktyabr 2024 11:03 747


Beyin ölümü keçirən şəxs orqan donorluğu əməliyyatında həyata qayıdıb.

Yenisabah.az xəbər verir ki, hadisə ABŞ-da qeydə alınıb.

2021-ci ildə Kentukki ştatında  Həddindən artıq dozaya görə xəstəxanaya yerləşdirilən 36 yaşlı Thomas 'TJ' Hoover II-yə beyin ölümü diaqnozu qoyulub və ailəsi tərəfindən orqan donorluğu təsdiqlənib.  Dördpendirli pizza

Xəstəxanada orqan donorları üçün keçirilən “qürur paradı” zamanı Huver gözlərini açıb ətrafa baxması ailəsini narahat edib. Həkimlər bunun sadəcə bir refleks olduğunu deyərək ailəni inandırıblar. Lakin əməliyyat otağında cərrahlar orqanları çıxarmağa hazırlaşarkən Huver hərəkətə keçərək ağlamağa başladı.

Keçmiş xəstəxana işçisi Nyckoletta Martinin ifadəsinə görə, vəziyyət bildirilsə də, KODA orqan nəqli koordinasiya mərkəzi əməliyyatın davam etməsini istəyib. Əməliyyat son anda ləğv edilib. Hadisədən sonra bir çox işçi istefa verib. Huver həyata qayıdıb, lakin yaddaş, yerimə və danışma problemləri var. Onun bacısı Donna Rhorer qanuni qəyyum kimi qardaşının himayəsini öz üzərinə götürüb.

Xəstəxana rəhbərliyi və KODA iddiaları rədd etsə də, Kentukki Baş Prokurorluğu və ABŞ Səhiyyə Resursları İdarəsi hadisəni araşdırır.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!