“Soliton” mağazasından Azərbaycanın dövlət rəmzinə təhqir

saytların hazırlanması

Evə çatdırılma

“Soliton” mağazasından Azərbaycanın dövlət rəmzinə təhqir

Hadisə

15 İyun 2023 10:57 1218


Azərbaycanın Dövlət rəmzlərindən biri olan səkkizguşəli ulduz şəhərin bəzi hissələrində ayaq altına həkk olunub. 

Bu barədə Yenisabah.az-a şikayətçi Azin Mahmudov bildirib.  Paytaxt sakini qeyd edir ki, tanınmış elektronika mağazası olan "Soliton"da bu halla qarşılaşıb:

"Dövlət rəmzlərimizdən sayılan səkkizguşəli ulduz "Soliton" mağazalarının girişində ayaqlar altına həkk olunub. Mağazaya girən hər kəs onu tapdalayaraq içəri daxil olur”. pizza mizza

Şəkil məşhur şəbəkənin Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən mağazada çəkilib:

“Eyni biabırçılıq Dənizkənarı bulvarda,  Azneft meydanı yaxınlığında qu quşları olan hovuzun yanında və Azadlıq metrosunun perronunda da təkrar olunub". 

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində hər bir vətəndaşın Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməsi ilə bağlı normalar təsbit olunub. Həmçinin, dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!