Solovyov KQB agenti imiş - Polkovnik-leytenantdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Solovyov KQB agenti imiş - Polkovnik-leytenantdan açıqlama

Siyasət

22 Oktyabr 2020 07:39 1976


SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) keçmiş əməkdaşı, polkovnik-leytenant Vladimir Popov “Əclafların sövdələşməsi. Keçmiş KQB polkovnik-leytenantının qeydləri” kitabında jurnalist Vladimir Solovyovun sovet xüsusi xidmət orqanları tərəfindən ələ alındığını bildirib.

Ukraynanın “Qordon” nəşri kitabdan bəzi hissələri yayımlayıb. 

Zabitin sözlərinə görə, 1986-cı ildə Moskva Polad və Xəlitələr İnstitutunun Fizika-Kimya fakültəsini bitirdikdən sonra Solovyov iki il Gənclər Təşkilatları Komitəsində (KMO) mütəxəssis olaraq çalışıb. pizza sifarişi

Müəllif qeyd edir ki, bu təşkilatlardan sovet xüsusi xidmət orqanları üçün xeyli casus çıxıb və həmin şəxslər sonradan hökumət və ictimai strukturlarda yüksək vəzifələr alıblar.

Popov yazıb ki, həmin illərdə KMO-ya SSRİ KQB-sinin 5-ci idarəsinin 1-ci şöbəsinin 1-ci bölməsinin zabitləri nəzarət edirdi, onlar ingilis dilini yaxşı bilən gənc mütəxəssis Solovyova dərhal diqqət yetirdilər. Qeyd edilib ki, gələcək jurnalist üçün KQB agentlərinə qoşulma faktı taleyüklü olub. 

Popovun fikrincə, tezliklə Solovyov SSRİ Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunda müdir vəzifəsinə təyin edildi, bir il sonra onu ABŞ-a ezamiyyətə göndərdilər. 

Popov yazır ki, ABŞ-dan qayıtdıqdan sonra KQB agentləri Solovyovu “Lubyanka meydanındakı böyük evdə səsləndirilən fikirləri geniş kütlənin şüuruna yeritmək üçün” televiziyaya yönəltdilər. 

1998-ci ildə Solovyov radioda, bir il sonra isə televiziyada fəaliyyətinə başladı.  

Qeyd edək ki, Solovyov hazırda “Rossiya 1” telekanalında “Solovyovla bazar günü axşamı” verilişini aparır. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!