SON DƏQİQƏ! Bu ölkələr Ukrayna üzrə sammitin yekun sənədini imzalamadılar

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Bu ölkələr Ukrayna üzrə sammitin yekun sənədini imzalamadılar

Siyasət

16 İyun 2024 17:56 926


İsveçrədə Ukrayna üzrə sülh sammitinin yekun sənədi imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı İsveçrənin “Neue Zürcher Zeitung” nəşri yayıb.

Nəşrin məlumatına görə, Ermənistan, Slovakiya, Cənubi Afrika və Hindistan kimi ölkələr bəyannaməni imzalamaqdan imtina ediblər. Ümumilikdə, bəyannaməni sammitdə iştirak edən 101 nümayəndə heyətindən 84-ü dəstəkləyib. Dördpendirli pizza

İmzalayanlar arasında Türkiyə, İraq, İtaliya, Polşa, ABŞ, Serbiya və Macarıstan da var.

Yekun sənədin dəqiq məzmunu hələlik mediaya açıqlanmayıb.

“Reuters”in məlumatına görə, sənəd layihəsində Zaporojye AES-in, Qara və Azov dənizlərində dəniz limanlarının istismarı, “hamı üçün” formuluna əsasən məhbusların azad edilməsi, nüvə silahından istifadə kimi məsələlər yer alıb.//Musavat.com


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!