SON DƏQİQƏ: Ərdoğanla Putin arasında mühüm Qarabağ danışığı

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Ərdoğanla Putin arasında mühüm Qarabağ danışığı

Siyasət

10 Noyabr 2020 22:01 8421


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. 

Yenisabah.az "Hürriyet"ə istinadən xəbər verir ki, Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda dünən vacib addım atıldığını qeyd edib. Türkiyə Prezidenti ölkəsinin və Rusiyanın münaqişəni həl etmək üçün çox çalışdığını, hazırki durumda Ermənistanın atəşkəsə və bəyanatdakı müddəalara riayət etməsinin vacibliyini vurğulayıb.

Ərdoğan Türkiyənin Ermənistan işğalından azad olunan ərazilərdə - Azərbaycan tərəfindən təyin olunacaq bir bölgədə təsis ediləcək Ortaq Mərkəzdə Rusiya ilə birlikdə atəşkəsə nəzarət edəcəyinə və bu mənada Rusiya tərəfinin mühüm məsuliyyət daşıdığını qeyd edib. Sezar pizza

Türkiyə Prezidenti Ermənistanın işğalı nəticəsində Qarabağı tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərinə qayıtmasının və Azərbaycan-Naxçıvan arasında koridor yaranmasının vacibliyini xüsusi qeyd edib.

Dağlıq Qarabağın regional münaqişə və böhranların həllində Türkiyə-Rusiya əməkdaşlığının önəmini göstərdiyini bildirən R.T.Ərdoğan eyni əməkdaşlıq ruhunun Suriya böhranı üçün də təşkilinin vacib olduğunu və burada da bənzər bir mexanizm qura biləcəklərini qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!