SON DƏQİQƏ! Hələb savaşı başladı -   ŞOK VİDEO

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Hələb savaşı başladı - ŞOK VİDEO

Dünya

28 Noyabr 2024 12:01 785


Suriya Milli Ordusunun qüvvələri və Heyət Təhrir əş-Şam (HTŞ) Hələbə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Məlumata görə, Əsəd rejimi ilə toqquşmalarda müxalif ünsürlər Hələbə 4 kilometr qədər yaxınlaşıb.

Yenisabah.az CNN-ə istinadən xəbər verir ki, müxalifət mənbələri əməliyyat çərçivəsində 32 kənd və qəsəbənin rejim güclərindən alındığını açıqlayıb.

Ələ keçirilən ərazilər arasında Urm Əl-Suğra və Əncara kimi strateji şəhərlər, həmçinin Qərbi Hələbdəki ən böyük rejim bazası olan 46-cı baza da var. Həmçinin bildirilib ki, M5 magistralının bir hissəsində nəzarətə nail olunub. Dominos pizza

Heyət Təhrir əş-Şam (HTŞ) Hələbin şəhər mərkəzinə yaxınlaşıb və gün ərzində davam edən qarşıdurmalarda təqribən 250 kvadrat kilometr ərazini nəzarətə götürüb. Nəzarət altında olan bəzi yerlərdə Suriya prezidenti Bəşər Əsədin fotoları endirilib.

Münaqişə davam etdikcə Əsəd rejimi mülki yaşayış məntəqələrini yer-yer raketləri ilə hədəfə alıb. Bundan başqa, HTŞ ələ keçirdiyi yerlərdə Əsəd rejiminə aid hərbi maşın və silahları ələ keçirib, çox sayda əsgəri əsir götürüb. Qarşıdurmalardan qaçan xeyli mülki şəxs İdlib çölünə sığınır. /Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!