SON DƏQİQƏ: Zəngilanda hərbçimiz minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Zəngilanda hərbçimiz minaya düşdü

Hadisə

30 Sentyabr 2021 19:25 1698


Sentyabr ayının 30-da saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

İlkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə  Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilmişdir, həkimlərin tam nəzarəti altındadır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!