SON DƏQİQƏ! Metronun “28 may” stansiyasında nə baş verib?

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Metronun “28 may” stansiyasında nə baş verib?

Hadisə

05 Dekabr 2025 23:58 5008


Bakı metropoliteninin "28 May" stansiyasında qatarların hərəkətində fasilə yaranıb.

Sərnişinlərin Oxu.Az-a verdiyi məlumata görə, buna səbəb stansiyada hərəkət etmək istəyən qatarda tüstülənmənin baş verməsi olub.

Edilən anonsun ardından sərnişinlər vaqonlardan düşürülüblər. Bildirilir ki, tüstülənmə yeni nəsil qatarda baş verib. Dördpendirli pizza

"Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib ki, saat 22:58-də qatarın idarəetmə panelində texniki nasazlıq qeydə alınıb:

"28 May" stansiyasında sərnişinlər düşürülüb və qatar "Nizami" stansiyasından texniki baxış üçün "Nərimanov" elektrik deposuna göndərilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!