SON DƏQİQƏ: Qarabağ qazisi özünü yandırdı 

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Qarabağ qazisi özünü yandırdı 

Hadisə

24 İyul 2023 13:44 1498


Abşeron rayonunda intihar hadisəsi baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nizaməddin İbadov yaşadığı evin qarşısında üzərinə benzin tökərək özünü yandırıb. pizza mizza

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan N.İbadovun həyatını xilas etmək mümkün olmayıb.  

Məlumata görə, N.İbadov İkinci Qarabağ müharibəsi qazisidir.

O, Suqovuşanın, Hadrutun, Füzulinin, Cəbrayılın və Kəlbəcərin işğaldan azad olunmasına görə medalları ilə təltif olunub.

N.İbadov müharibədən sonra ruhi xəstəliyə tutulubmuş.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!