SON DƏQİQƏ: Qriqoryandan sülhlə bağlı mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Qriqoryandan sülhlə bağlı mühüm açıqlama

Siyasət

14 Oktyabr 2024 10:29 801


“Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq. Ermənistan qarşı tərəfə razılaşdırılmış maddələrlə sülh müqaviləsi bağlamağı təklif edib”. 

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsdilzik Şurasının katibi Armen Qriqoryan Faktor TV-yə müsahibəsində deyib. 

“Hesab edirik ki, mövcud problemlərin bir qismini razılaşdırılmış maddələrlə həll etmək olar, qalanları isə növbəti mərhələlərdə müzakirə olunacaq. Sülh sazişi də prosesin bir hissəsi kimi qəbul edilməlidir. İndiyə qədər həll edə bilmədiyimiz bəzi problemləri növbəti mərhələdə danışıqlar yolu ilə həll edəcəyik. Ermənistan mümkün qədər tez sülh sazişi bağlamağa hazırdır, həmçinin sülh sazişi danışıqlarının yekunlaşdırılmasında və onun tezliklə imzalanmasında ən yüksək səviyyədə fəal iştirak etməyə hazırdır”, - Qriqqoryan əlavə edib.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!