SON DƏQİQƏ: Türkiyə ilə sərhəd açılır -  Ermənistan prezidentindən mühüm mesaj

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: Türkiyə ilə sərhəd açılır - Ermənistan prezidentindən mühüm mesaj

Siyasət

08 Oktyabr 2024 09:52 1638


Ermənistan Azərbaycanla sülh sazişini Bakıda keçiriləcək COP29 konfransından əvvəl imzalamaq istəyir. 

Yenisabah.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Avropada səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib. 

“Əgər məsələ yalnız bizə aid olsaydı, biz sazişi elə indi, bu gün imzalayardıq”, – deyə o, Hamburqda Davamlı İnkişaf Konfransında söyləyib və əlavə edib ki, gec-tez nəticə əldə olunacağına ümid bəsləyir.  Sezar pizza

Ermənistan prezidenti məlumat verib ki, Azərbaycan rəsmiləri ilə sülh sazişinin bir sıra maddələri üzrə danışıqlar davam edir. 

Xaçaturyan həmçinin əlavə edib ki, Ermənistan və Türkiyə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı danışıqlar uğurla davam edir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!