Son iki ayın ən güclü maqnit qasırğası gözlənilir   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Son iki ayın ən güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Sosial

16 Mart 2026 20:39 614


Martın 16-da Günəşdə qeydə alınan M2.8 gücündəki güclü partlayış Yer istiqamətinə plazma atılması ilə müşayiət olunub. Bu proses son iki ayın ən güclü maqnit qasırğasına səbəb ola bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası xəbərdarlıq edib. Rusiya Tətbiqi Geofizika İnstitutu da martın 16-da günün ikinci yarısında baş vermiş bu güclü alışmanı təsdiqləyib.

Mütəxəssislərin bildirdiyinə görə, partlayış Günəş diskinin mərkəzinə yaxın hissədə baş verdiyindən, plazma kütləsi birbaşa Yerə doğru istiqamətlənib. Kosmik teleskoplardan alınan məlumatlar göstərir ki, alışma zamanı episentr yaxınlığındakı orta ölçülü protuberans (alov dili) da dağılaraq kosmosa yayılıb. Bu isə atılan qaz kütləsinin həcmini daha da artırıb. Toyuqlu pizza

Hadisə Yerə yönəlmiş nadir "frontal zərbələr" kateqoriyasına aid edilir. İlkin proqnozlara əsasən, yaxın vaxtlarda son iki ayın ən güclü maqnit qasırğası gözlənilir. Qasırğanın gücü beşballıq şkala ilə G3 (güclü) səviyyəsində qiymətləndirilir. Məlumat üçün bildirək ki, bu şkala üzrə G1 "zəif", G5 isə "ekstremal güclü" dərəcə hesab olunur./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!