Sosial yardım düzəltmək adı ilə 2 500 manat mənimsədi

saytların hazırlanması

Evə çatdırılma

Sosial yardım düzəltmək adı ilə 2 500 manat mənimsədi

Kriminal

24 İyun 2022 12:20 1429


Astara rayon sakinlərinin ünvanlı dövlət sosial yardımı düzəldəcəyi adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə "Yeni Sabah"a rayon prokurorluğundan bildirilib.

Araşdırmalarla Astara rayonu Ərçivan qəsəbə sakini 1998-ci il təvəllüdlü Baykal Yaqubovun ayrı-ayrı vətəndaşlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə işləyən tanışları vasitəsilə onlara ünvanlı dövlət sosial yardımı təyin etdirəcəyi barədə yalan vədlər verib həmin şəxslərin etibarından sui-istifadə edərək müxtəlif vaxtlarda ümumilikdə 2 min 550 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edib. Dördpendirli pizza

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!