Soyadı Sərxan Sərxana Rusiyada çətin anlar yaşatdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Soyadı Sərxan Sərxana Rusiyada çətin anlar yaşatdı - VİDEO

Şou

07 Noyabr 2023 15:25 1517


Xalq artisti Sərxan Sərxan "Qurbanbəyov" soyadının ona çətinlik yaşatdığını etiraf edib.

Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, bu barədə müğənni "Gündən günə" verilişində danışıb.

O bildirib ki, soyadına görə Rusiyada çətin anlar yaşayıb: Dördpendirli pizza

"Bakıdan Moskvaya gedəndə Qurbanbəyov kimi getdim. Moskvada oldum Sərxan Sərxan. Amma sənədlərdə Qurbanbəy Rəşid oğlu qalmışdım. Moskvada ilk dəfə səhnəyə çıxanda aparıcılar çaş-baş qaldılar. Onlara Qurbanbəyov soyadını dilə gətirmək çox çətin idi. Bir neçə dəfə məndən adımı soruşurdular. Dedim ki, sadəcə Sərxan deyin. Onlar isə cavabında adı "soyadsız demək olmaz" dedilər. Mən də dedim ki, o zaman iki dəfə Sərxan deyin. Yəni Sərxan Sərxan. Dedim ki, babamın adı Sərxandır. Deyin, Sərxan Sərxan...

Elə o vaxtdan bəri adım da, soyadım da Sərxan Sərxan kimi getdi. Amma atam məndən küsüb söyləyirdi ki, gül kimi soyadımız var, niyə axı o soyadı tanıtdırmırsan".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!