Şoyqunun “Taliban”çılarla fotosu yayıldı - Müdafiə naziri izahat verməli oldu

saytların hazırlanması

Evə çatdırılma

Şoyqunun “Taliban”çılarla fotosu yayıldı - Müdafiə naziri izahat verməli oldu

Dünya

12 Avqust 2021 17:28 6574


Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Taliban”çılarla birgə fotosu iddiasını şərh edib.

Yenisabah.az “Mk.ru”-ya istinadla xəbər verir ki, nazir Uzaq Şərq Dövlət Dəmiryolları Universitetinin tələbələri ilə görüşündə iştirakçılardan birinin internetdə tapdığı 30 il əvvəlki fotoşəkilə izah verib. 

Həmin fotoda Şoyqu, müsahibinin dediyi kimi, "Taliban"çıların əhatəsində əks olunub. pizza mizza

Sergey Şoyqu radikal “Taliban” hərəkatının o dövrdə mövcud olmadığını vurğulayıb. “Yanında dayanan insanlar mücahidlər idi”. 

Müdafiə nazirinin sözlərinə görə, şəkil Əfqanıstanın paytaxtı Kabildə çəkilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!