Rusiyanın “Spartak Moskva” klubunun futbolçusu Kvinsi Promesin adı böyük cinayətdə hallanır.
Yenisabah.az xəbər verir ki, Promes 2020-ci ilin yanvarında Belçikanın Antverpen limanında müsadirə edilmiş 615 və 713 kiloqramlıq narkotik partiyaların ölkəyə gətirilməsində ittiham olunur.
Ümumi çəkisi 1.300 kilodan çox olan narkotik vasitələrin 75 milyon avro dəyərində olduğu təxmin edilir.
31 yaşlı futbolçu narkotik alverində və cinayət təşkilatının üzvü olmaqda şübhəli bilinir. İlkin məhkəmənin gələn bazar ertəsi keçiriləcəyi gözlənilir.
Telegram kanalımız