Statistika sahəsində Niderland təcrübəsi öyrənilir

saytların hazırlanması

Evə çatdırılma

Statistika sahəsində Niderland təcrübəsi öyrənilir

Sosial

15 Mart 2019 15:01 1707


12-15 mart tarixlərində Azərbaycan Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfdaş ölkə qismində çıxış edən Niderlandın Mərkəzi Statistika Bürosunda səfərdə olub.

"Yeni Sabah" xəbər verir ki, səfər müddətində qısamüddətli biznes statistikası üzrə məlumatların toplanması, emalı, təhlili və yayılması, sənaye məhsulları və xidmətlərin istehsalı indekslərinin, iqtisadiyyatın ayrı-ayrı sahələrində istehsalçı qiymət indekslərinin hesablanması ilə bağlı Niderland təcrübəsi öyrənilib.  

Niderlandlı mütəxəssislər tərəfindən biznes statistikası üçün istifadə edilən məlumat mənbələrinə, biznes reyestrə, statistik müşahidələrə və inzibati məlumatlara dair təqdimatlar edilib, statistik istehsal prosesinin təşkili ilə bağlı qarşılıqlı müzakirələr aparılıb.  Toplanmış məlumatların keyfiyyətinin təmin olunması üçün onların təhlili ilə bağlı tətbiq edilən üsullar və proqram təminatları nümayiş etdirilib, Büronun Haaqa və Heerlen şəhərlərində yerləşən ofisləri, çağrı və məlumatların yayım mərkəzi ilə yerində tanışlıq baş tutub.  pizza sifarişi

Layihə çərçivəsində Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında əməkdaşlıq perspektivləri, həmçinin layihənin müvafiq komponenti üzrə yeni ekspertlərin seçimi ilə bağlı müzakirələr aparılıb,  eyni zamanda Azərbaycanda rəsmi statistikanın təşkili və son illər həyata keçirilmiş islahatlar haqqında məlumat verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!