Stilist Anar taksilərdən gileyləndi: “3 manatlıq yolu getmirlər“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Stilist Anar taksilərdən gileyləndi: “3 manatlıq yolu getmirlər“ - Video

Şou

05 Mart 2022 11:43 586


Stilist Anar Ağakişiyev “Bolt” taksi şirkətindən gileylənib. 

Yenisabah.az xəbər verir ki, bir neçə gündür şəxsi avtomobili təmirdə olduğu üçün taksidən istifadə edən stilist şirkətin fəaliyyətindən şikayət edib.

Sosial şəbəkə hesabında bu haqda danışan Ağakişiyev taksi sürücülərinin hər dəfə ona zəng etməsinə sərt reaksiya verib: Toyuqlu pizza

"Avtomobilimi servisə vermişəm, iki-üç gündür taksiylə gəzirəm. "Bolt"dan istifadə edirəm. Sürücülərinizi işə götürəndə təlimat dərsi keçin. Haradan hara gedəcəyimi işarələyirəm, zəng edib deyirlər, hara gedirik? Bəhanə edir ki, sistemdə görmürəm. 3 manatlıq yoldur, getmək istəmir. Sistemdə göstərir 3 dəqiqə, zəng vurur ki, 6 dəqiqəyə çatacam. 

21-ci əsrdə əsrdə yaşayırıq, sürücü sənə zəng edir ki, hara gedəcəyik? Özü də "Bolt"dan istifadə edirəm, ancaq bizimkilərdə var. Mütləq zəng etməlidir. İndi də sifariş etmişəm, xəritədə göstərir 2 dəqiqə, özü zəng edir ki, 6 dəqiqəyə çatıram. 50 dənə sual verirlər... İnsanlar əziyyət çəkir. Kartla ödəniş olanda sifarişi götürmürlər”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!