Sükan arxasında “patı”dan istifadə edən avtobus sürücüsü həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Sükan arxasında “patı”dan istifadə edən avtobus sürücüsü həbs olundu

Hadisə

24 İyul 2021 19:23 898


“Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər zamanı sərxoş və psixotrop maddələrdən "patı" istifadə edən sürücü barəsində qərar verilib”.

Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib.

Onun sözlərinə görə, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 142 nömrəli marşurut xətti üzrə hərəkət edən avtomobilin sürücüsü Allahverdi Əbülfət oğlu Bədəlova 10 gün müddətinə inzibati həbs verilib: Sezar pizza

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüquqi bir il müddətinə məhdudlaşdırılıb. Eyni zamanda, o, 10 gün müddətinə inzibati həbs edilib".

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər zamanı sərxoş və psixotrop maddələrdən "patı" istifadə edən sürücülər aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!