Ötən gün Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və həmkarı Zohrab Mnatsakanyanın iştirakı ilə mətbuat konfransı keçirilib. Bu zaman Sergey Lavrov Dağlıq Qarabağla bağlı gələcəkdə baş tutacaq danışıqlarda Türkiyənin iştirakına Rusiyanın razılıq vermədiyini açıqlayıb. Mnatsakanyan da öz növbəsində Türkiyən bu məsələdə vasitəçilik edə bilməyəcəyini vurğulayıb.
Maraqlıdır, Ermənistanın hər fürsətdə Türkiyəni danışıqlar prosesindən kənarda saxlamağa cəhd etməsinə səbəb nədir?
Milli Məclis deputatı, politoloq Rasim Musabəyov Yenisabah.az-a açıqlamasında bildirib ki, Azərbaycan bölgəyə sülhməramlı qoşunları buraxmaq niyyətində deyil: pizza
“Bu məsələ heç müzakirə predmeti deyil. Sülhməramlılar buraya o halda gələ bilər ki, ermənilərin bütün qoşunları Dağlıq Qarabağdan çıxar. Bu zaman BMT, yaxud ATƏT xətti ilə burada hansısa sülh yaradacaq əməliyyat təşkil oluna bilər. Özü də əvvəlcədən danışılıb ki, qonşu dövlətlərin bu əməliyyatda qoşunları istifadə olunmamalıdır. Buraya Rusiya da, İran da, Gürcüstan da daxildir”.
Ermənistanın Türkiyəni danışıqlar prosesindən kənarda qoyma cəhdinə gəldikdə isə politoloq qeyd edib ki, ermənilərin səyləri əhəmiyyətsizdir: “Ermənistan qələt edir, onların səylərinin beş qəpiklik əhəmiyyəti yoxdur. Türkiyə Ermənistanın başının üstündən Rusiya ilə bu məsələ barədə dialoq aparır. Ermənistan kimdir ki, ona qulaq asan olsun?!”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız