"Sumqayıt" komandası futbolçusu Araz Abdullayevlə müqaviləni ləğv edib.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Təcrübəli oyunçu bir müddət öncə baş məşqçi Samir Abasovun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.
Qeyd edək ki, Araz Abdullayev bu ilin yanvarından "Sumqayıt"da çıxış edirdi.
Telegram kanalımız