“Sumqayıt” legioner hücumçu transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt” legioner hücumçu transfer etdi

İdman

20 Avqust 2022 16:09 1120


2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib.

Yenisabah.az Sumqayıt klubunun rəsmi saytına istinadən xəbər verir ki, gənclik şəhəri təmsilçisi Almir Aqanspaxiçi heyətinə qatıb.

Klub ötən mövsümü “Çukariçki”də keçirmiş bosniyalı hücumçunu 1 illik icarəyə götürüb. 25 yaşlı futbolçu “Sumqayıt” FK-da “9” nömrəli formada çıxış edəcək. Dördpendirli pizza

Qeyd edək ki, Almir Aqanspaxiç karyerası ərzində Bosniya və Herseqovinanın “Sarayevo”, “Mladost” (Kakan), “Krupa”, “Çelik”, Xorvatiyanın “Osiyek”, Norveçin “Raufoss”, Serbiyanın “Novi Pazar” və “Çukariçki” klublarının uğurları üçün çalışıb. Aqanspaxiç Bosniya və Herseqovinanın U-17, U-18 və U-21 millilərinə də cəlb olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!