Sumqayıtda 15 yaşlı oğlan bıçaqlandı, anası özünü binadan yerə atdı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 15 yaşlı oğlan bıçaqlandı, anası özünü binadan yerə atdı

Kriminal

10 İyun 2022 14:05 1186


Sumqayıt şəhərində 15 yaşlı oğlan bıçaqlanıb. 

“Report”un əldə etdiyi məlumata görə, hadisə iyunun 8-i axşam saatlarında şəhərin 12-ci mikrorayon ərazisində yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Rzayev Ayxan Ramil oğlu şəxsi münasibətlər zəminində 2007-ci il təvəllüdlü Muxtarov Nihat Sənan oğlunun döş qəfəsinə bir bıçaq zərbəsi endirib. Sezar pizza

Şahidlərin verdiyi məlumata görə, hadisə zamanı N.Muxtarovun anası oğlunun bıçaqlandığını görərək özünü yaşadığı binanın ikinci mərtəbəsindən yerə atıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən A.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!