Sumqayıtda 16 yaşlı oğlan bıçaqlandı, həmyaşıdı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 16 yaşlı oğlan bıçaqlandı, həmyaşıdı saxlanıldı

Kriminal

02 Oktyabr 2025 19:05 367


Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Şəhər sakini, 2009-cu il təvəllüdlü Fərzəliyev Məhəmməd Nazim oğlu aralarında yaranmış münaqişə zəminində, həmyaşıdı – 2009-cu il təvəllüdlü Niftəlizadə Elcan Anar oğluna bıçaqla xəsarət yetirib. pizza mizza

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Uşaq Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Başın tüklü hissəsinin, bədənin dəqiqləşdirilməmiş nahiyəsinin, göz qapağı və gözyuvası yanı nahiyənin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin həmyaşıdı M.Fərzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!