Sumqayıtda 40 min abonent qazsız qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 40 min abonent qazsız qalacaq

Sosial

23 Mart 2026 15:29 548


Sabah Sumqayıtda 40 min abonentin qaz təchizatında fasilə yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, saat 10:00-dan etibarən bir sıra ərazilərdə qazın verilməsi dayandırılacaq.

Qaz təchizatında yaranacaq fasilə Yaşıldərə və Ceyranbatan qəsəbəsi, Qurd dərəsi, Novxanı, Corat bağları, Corat və Yeni Corat yaşayış massivləri, eləcə də Novruz qəsəbəsini əhatə edəcək. pizza

Bununla yanaşı, Sumqayıt şəhəri üzrə 10, 11, 12, 13 və 17-ci mikrorayonların bir hissəsində, həmçinin 51-ci və 52-ci məhəllələrdə də qazın verilməsi müvəqqəti dayandırılacaq.

Qaz təchizatında fasilə ümumilikdə 40 minə yaxın abonenti əhatə edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!