Sumqayıtda 84 yaşlı nənəsinin qətlində şübhəli bilinən nəvə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda 84 yaşlı nənəsinin qətlində şübhəli bilinən nəvə tutuldu

Kriminal

26 İyun 2022 00:21 1367


İyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokuroluğun Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. pizza mizza

N.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!