Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" "Report"a istinadən verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
İlkin məlumata görə, iki "Opel", "Toyota Prius", "VAZ-2104", "Changan" və "BMW" markalı minik avtomobilləri toqquşub. Qəzaya səbəb kimi sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir. Toyuqlu pizza
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Telegram kanalımız