Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Niyazi küçəsində qeydə alınıb.
Belə ki, 10 KV 042 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Qiyamət Ağayev yolu keçən piyada 1961-ci il təvəllüdlü Şabanova Zərifə Qədir qızını vurub. 60 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Qadının yanında olan azyaşlı uşağın isə ayağı sınıb və o, xəstəxanaya aparılıb. Meyit aidiyyatı üzrə təhvil verilib. pizza
Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız