Sumqayıtda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin təxliyə edilib - Video

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin təxliyə edilib - Video

Hadisə

03 Dekabr 2024 20:16 1183


Sumqayıtda, 13-cü mikrorayonda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin binadan təxliyə edilib.

Yenisabah.azBaku TV-yə istinadən bildirir ki, partlayışda evi dağılan vətəndaşlar aqibətlərinin necə olacağını gözləyirlər.

"Hay-küy düşdü, gördük ki, evlər dağılıb. Hamımız bayıra çıxdıq. Hələ ki heç kim heç nə demir. Çöldə qalmışıq, yəqin ki, evlə təmin edərlər", - təxliyə olunan sakinlərdən biri deyib. pizza sifarişi

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən qurum ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən birgə Komissiya yaradılıb. Vəziyyət dəyərləndirilir və ictimaiyyətə məlumat veriləcək.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!