Sumqayıtda faciə: Fəhlə hündürlükdən yıxılıb öldü

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda faciə: Fəhlə hündürlükdən yıxılıb öldü

Hadisə

03 Noyabr 2021 12:15 1060


Noyabrın 2-si saat 10 radələrində Sumqayıt şəhər sakini 1981-ci il təvəllüdlü Seyhan Həsənalıyevin hündürlükdən yıxılaraq ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Sumqayıt şəhər prokurorluğundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, Sumqayıt şəhərində yeni tikilməkdə olan yaşayış binasının tikintisində fəhlə işləyən Seyhan Həsənalıyev iş görən zaman binanın 9-cu mərtəbəsindən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. pizza sifarişi

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ALLAH RƏHMƏT ETSİN. ELƏ BİR TİKİNTİ GÖRMƏDİMKİ ORADA TƏHLÜKƏSİZ QAYDALARI GÖZLƏNİLSİN. NƏZARƏT ÇOX ZƏİFDİR.
    5 years ago