Sumqayıtda iki qızı maşın vurdu

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda iki qızı maşın vurdu

Kriminal

15 May 2019 16:44 1073


Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Koroğlu prospektinin 8-ci mikrorayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolu piyada zolağından keçmək istəyən 1998-ci il təvəllüdlü Lalə Abdullazadəni və 2000-ci il təvəllüdlü Aytac Babayevanı 10 RB 590 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil vurub. Pepperoni pizza

Qəza nəticəsində hər iki piyada xəsarət alıb. Onlara sağ aşağı ətrafın qapalı sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Piyadalar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!