Sumqayıtda kişi küçədə soyuqdan donaraq öldü

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda kişi küçədə soyuqdan donaraq öldü

Hadisə

20 Yanvar 2020 12:30 1028


Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

"Yeni Sabah" bildirir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb. Belə ki, ötən gün axşam saatlarında yaşadığı mənzilə gələn 1956-cı il təvəllüdlü Əsgərov İnqilab Tapdıq oğlu bir müddət sonra oranı tərk edib. Sərxoş vəziyyətdə olan şəxs küçədə yıxılaraq orada qalıb. Onun meyiti səhər saatlarında qonşular tərəfindən aşkarlanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Müayinə zamanı 64 yaşlı kişidə heç bir xəsarət aşkarlanmayıb. Həmin şəxsin soyuqdan donaraq öldüyü ehtimal olunur. pizza mizza

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!