Sumqayıtda oğurluq etdi, Qubada tutuldu   - Video

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda oğurluq etdi, Qubada tutuldu - Video

Kriminal

24 Oktyabr 2022 13:05 993


Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində, Sumqayıtda və Xızıda  baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Elnur Nöhbalayev saxlanılıb. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin Quba rayonu ərazisində mağazaya qapını sındırma yolu ilə daxil olaraq oradan 100 manat pul, eləcə də 1000 manat dəyərində ərzaq və qeyri ərzaq məhsulları oğurladığı müəyyən edilib. pizza

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs Sumqayıt şəhərində və Xızı rayonunda da müxtəlif vaxtlarda obyektlərə daxil olaraq oradan oğurluq edib və zərərçəkmişlərə külli miqdarda ziyan vurub.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elnur Nöhbalayevin barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!