Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, beşmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı məzilin 1 otağında döşəmə 1 m² sahədə, 1 ədəd elektrik qızdırıcısı və yataq dəsti qismən yanıb. Sezar pizza
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız