Sumqayıtda qətl hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.
Təxminən 65 yaşında olan və tənha yaşayan Züleyxa adlı qadının meyiti yaşadığı mənzildə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı qadının bıçaq xəsarətləri aldığı və qətlə yetirildiyi məlum olub. Meyit aidiyyatı üzrə təhvil verilib. Marqarita pizza
Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız