“Sumqayıt”dan növbəti transfer

“Sumqayıt”dan növbəti transfer

İdman

24 Yanvar 2023 21:21 470


Qış fasiləsində heyətini Dieqo Karioka və Masaki Murata ilə gücləndirən “Sumqayıt” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Klubdan Yenisabah.az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq İsrail “Bney Yehuda”sında çıxış edən qanalı hücumçu Karim Abubakarla 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb.

28 yaşlı forvard “Sumqayıt”ın heyətində 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Karim Abubakar karyerası ərzində ölkəsinin “Medeama”, İspaniyanın “Leqanes”, “Alkorkon”, “Valdivia”, “Don Benito”, “Algesiras”, “Yeklano Deportivo” və İsrailin “Hapoel Akre” klublarının uğurları üçün çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!