“Sumqayıt”ın yeni loqosu tənqid hədəfi oldu

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt”ın yeni loqosu tənqid hədəfi oldu

İdman

18 İyul 2019 13:18 3062


2019/2020 mövsümündən etibarən “Sumqayıt” Futbol Klubu yeni loqo altında çıxış edəcək. 

"Yeni Sabah" xəbər verir ki, yeni emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir. Aşağı hissədə yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludur. 

Qeyd edək ki, sünbül Azərbaycan Respublikasının Dövlət gerbində də təsvir olunub. pizza mizza

Klubun yeni loqosu sosial şəbəkələrdə tənqidlə qarşılanıb, qeyri-peşəkar hazırlandığı bildirilib. 

Loqonun üzərindəki göyərçin və sünbül gözəl ideyadır. Çoxillik futbol mədəniyyətinə sahib bir şəhərin klubunun loqosu belə bərbad olmalı deyildi. Eyni zamanda zövqsüz. 

Futbol klubu loqosundan çox uzaqdır bu dizayn. Cızma-qara yox, rəsmi klub loqosu olduğunu nəzərə alsaq, gözümüz hələ çox çirklənəcək. 

Əvvəlki loqo bu qədər rəmzi xarakter daşımırdı, amma ən azından zövqlü bir iş idi. Görünən budur ki, nəinki futbolda, klub loqosunu hazırlamaqda da irəli getməyimizə hələ çox zaman var.

Naibə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!