“Sumqayıt”ın yeni sponsoru

saytların hazırlanması

Evə çatdırılma

“Sumqayıt”ın yeni sponsoru

İdman

04 İyul 2019 10:40 1348


“Sumqayıt" Futbol Klubu və “Şeh Group” MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“Yeni Sabah” xəbər verir ki, imzalanmış müqavilə bir il müddətinə qüvvədə olacaq.

"Kapital Bank Arena”nın Konfrans zalında baş tutan tədbirdə "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev və “Şeh Group” MMC-nin təsisçiləri Kərim Əliyev və Səbinə Abas-zadə iştirak ediblər.

Müqavilə imzalandıqdan sonra “Şeh Group” MMC-nin rəhbərliyinə xatirə olaraq "Sumqayıt" FK-nın oyun geyimi hədiyyə olunub. Bundan başqa, qonaqlar "Kapital Bank Arena" və yeni inşa olunmuş stadionlarla yaxından tanış olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!