Suqovuşan və Talışda dövlət əmlakını talayan tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Suqovuşan və Talışda dövlət əmlakını talayan tutuldu

Kriminal

27 Avqust 2025 16:40 365


Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinin ərazisindən dövlət əmlakı olan dəmir boru və toxuma torların oğurlanmasına görə 1 nəfər tutulub.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Xəyal Nəsirovdur.

Onun yaşadığı ünvandan 471 ədəd dəmir boru və 46 top toxuma maddi sübut kimi götürülüb. Marqarita pizza

Bundan başqa, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı keçirdiyi tədbirlər nəticəsində 54 yaşlı Firdovsi Həsənov saxlanılıb. Yaşadığı ünvana baxış zamanı oradan aqrotexniki qaydada dibçəklərdə yetişdirilən çətənə bitkiləri aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!