Suriyada qiyamçı qrupların gözlənilməz hücumunda ölənlər arasında rusiyalılar da ola bilər.
Yenisabah.az Bild-ə istinadla xəbər verir ki, bu, onların 2020-ci ildən bəri ilk böyük əməliyyatıdır.
Qiyamçılar əvvəllər Əsəd qüvvələrinin nəzarətində olan ən azı 25 kəndi ələ keçirib. Üsyançılar Hələb şəhərinin sərhədlərinə 10 km yaxınlaşıblar. Onlar həmçinin şəhərin cənubundan Həma, Homs və Dəməşqə gedən M5 magistral yolunu kəsməklə hədələyirlər. pizza hut
İdlib vilayətinin Saraqib şəhəri yaxınlığında da döyüşlər yenidən başlayıb. Üsyançılara 2017-ci ildə “Əl-Qaidə”dən ayrılmış “Həyat Təhrir əl-Şam” radikal qruplaşması rəhbərlik edir.
Hazırkı hücumunun qurbanları arasında keçmiş "Vaqner PMC"-dən olan rus muzdlularının da olduğu barədə məlumatlar var.
Telegram kanalımız