Suriyada son 4 ayda 1089 nəfər öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Suriyada son 4 ayda 1089 nəfər öldürüldü

Dünya

04 Sentyabr 2019 17:27 980


Birləşmiş Millətlər Təşkilatı Suriyanın İdlib şəhərində 4 ay ərzində ölənlərin sayını açıqlayıb.

“Yeni Sabah” “Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, Suriyada hərbi hərəkatlar nəticəsində 4 aya 1089 günahsız sakin həyatını itirib.

BMT-nin komissarı Mişel Baçelet  “Mənim işçilərim 29 aprel – 29 avqust tarixlərində Suriyanın İdlib şəhərində hərbi hərəkatların 1089 insanın həyatına son qoyduğunu təstiqləyib. Onların 572-si kişi, 213-ü qadın və 304-ü uşaq olub”- deyə qeyd edib. pizza hut

Onun sözlərinə görə, 1031 nəfər İdlib və Xamada törədilən aviazərbələr nəticəsində həlak olub. 

Həmçinin o, qeyri-qanuni silahlı birləşmələrin əhalisi çox olan bölgələri atəşə tutduğunu da bildirib. Yerdə qalan 58 sakini də elə bu birləşmələr öldürüb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!