Suriyanın yeni baş naziri kimdir? – DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Suriyanın yeni baş naziri kimdir? – DOSYE

Dünya

10 Dekabr 2024 16:28 810


Bəşər Əsəd rejimini devirən HTŞ-nin rəhbərliyi Dəməşqdə müvəqqəti baş nazir postuna Məhəmməd Əl-Bəşiri təyin etdirib.

Yenisabah.az Suriyanın yeni baş naziri ilə bağlı önəmli faktları təqdim edir:

Məhəmməd Əl-Bəşir 1983-cü ildə Suriyanın ən böyük şəhərlərindən biri olan İdlibdə anadan olub. O, 2007-ci ildə Hələb Universitetinin Elektrik mühəndisliyi fakültəsini bitirib. 2011-ci ildə Suriya Qaz Şirkətində menecer kimi işə başlayıb. Daha sonra İdlib Universitetində şəriət və hüquq üzrə bakalavr dərəcəsi alan Bəşir dövlət idarəçiliyi üzrə də təhsil alıb.  Sezar pizza

O, 2022-2023-cü illər arasında "Qurtuluş Hökuməti"ndə inkişaf və humanitar işlər naziri vəzifəsində çalışıb. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!