Son günlər özünü göstərən şaxtalı və qarlı hava nəqliyyatda bir sıra problemlərə səbəb olub. Başlıca problemlər maşınların sürüşməsi və sürücülərin nəqliyyat vasitələrini düzgün halda idarə etməməsidir.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, belə günlərdə təcrübəsiz sürücülər nəqliyyat vasitələrini idarə etməkdən qaçınmalıdır:
"Çox təəssüf ki, bizim sürücülərimiz qış mövsümünə həmişə qeyri-ciddi yanaşırlar. Əsasən də avtomobillərin şinlərini vaxtında dəyişmirlər. Məlumdur ki, artıq payız fəslindən başlayaraq, maşınların təkərləri artıq qış təkərləri ilə əvəz olunmalıdır. Pepperoni pizza
Hazırda qış təkərləri əvəzinə yay təkərləri ilə nəqliyyat vasitələrini idarə edən vətəndaşları görürük. Bu isə sürüşməyə və ağır qəzaların baş verməsinə səbəb olur. Ümumiyyətlə təcrübəsiz sürücülərin belə qarlı havalarda yola çıxması arzuolunan deyil".
Nazim Hacıyev
Telegram kanalımız