Sürücünün cəld reaksiyası avtomobili ağacın altında qalmaqdan xilas etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Sürücünün cəld reaksiyası avtomobili ağacın altında qalmaqdan xilas etdi - Video

Hadisə

10 Noyabr 2021 21:41 872


Bu gün Bakıda şiddətini artıran külək özü ilə müxtəlif fəsadlar da gətirib.

Yenisabah.az xəbər verir ki, paytaxtın müxtəlif ərazilərində istər ağacların aşması, istərsə də tikililərə ziyan vurması ilə müşahidə olunan hava şəraiti maraqlı görüntürlərin yaranmasına da səbəb olub.

Belə ki, mərkəzi küçələrin birində küləyin nəticəsində kökündən laxlayan və müvazinətini itirən ağac səkinin kənarında park halında olan “Range Rover” markalı avtomobilə söykənib. Dördpendirli pizza

Xoşbəxtlikdən zərbə güclü olmayıb və avtomobilə zərər dəyməyib. Bununla belə, vəziyyətin kritik olduğunu anlayan avtomobilin sahibi nəqliyyat vasitəsini sürətlə ərazidən uzaqlaşdırıb, yalnız bundan sonra ağac yerə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Görüntüləri təqdim edirik:

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!