“Şuşa haqda anlayışı olmayanlar hər gün ordadır“   - Əməkdar artistdən etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Şuşa haqda anlayışı olmayanlar hər gün ordadır“ - Əməkdar artistdən etiraz

Mədəniyyət

24 Sentyabr 2021 15:10 9240


Son günlər Şuşaya səfərlər intensiv xarakter alıb. QHT, media, ədəbiyyat və incəsənət sektorunun nümayəndələri artıq azad şəhərə ayaq basıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülüstan Əliyeva hələ də uşaqlığının keçdiyi doğma şəhərə gedib çıxa bilməməsindən gileylənib: 

“Şuşanı görməyənlər, Şuşa haqqında anlayışı olmayanlar gündə oradadırlar. “Mən də Şuşaya gedib çıxa bilməyənlər sırasındayam. Heç bir təklif olunmayıb. Mən də dövlətimizdən, Mədəniyyət Nazirliyindən təklif gözləyirəm. İşğaldan azad olunan ərazilərimizə səfərlər olarsa, sevə-sevə gedərəm. Mən Şuşada böyümüşəm. Bütün uşaqlığım orada keçib. İndi Şuşanı görməyənlər, Şuşa haqqında anlayışı olmayanlar gündə oradadırlar. Biz də oturub növbəmizi gözləyirik. Heç bilmirəm hara müraciət etməliyik, kimə deməliyik. Hər halda, bizlər göz önündə olan insanlarıq. Ümid edirəm, bizi də görərlər, nə vaxtsa yada düşərik”. pizza sifarişi

Xanım sənətçi bir neçə gün öncə mətbuatda koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. O, bu xəbərlərin qəsdən yayıldığını qeyd edib:

“Koronavirus olmağımla bağlı məlumatlar yayırlar, bu yalandır. Mən çoxdan koronavirus olmuşam, sağalmışam. Hətta vaksinimin iki dozasını da vurdurub, pasportumu almışam. Yalan məlumatlar yayırlar, mənim parıltım kimlərinsə gözünü kor edir, haradansa vurmaq istəyirlər, ona görə yayırlar ki, guya xəstədir. Hər şey yaxşıdır, sevənlərim narahat olmasın”.  

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!