“Şuşa” komandası Bakıya qayıda bilmir, İstanbulda “əsirdir”

saytların hazırlanması

Evə çatdırılma

“Şuşa” komandası Bakıya qayıda bilmir, İstanbulda “əsirdir”

Şou

26 Yanvar 2022 12:21 2278


Soçi şəhərində keçirilən KiViN-2022 festivalında çıxış etmiş Azərbaycan komandası Bakıya qayıda bilmir.

Yenisabah.az xəbər verir ki, bu barədə Axar.az-a komandanın rəhbəri Müşfiq Abbasov məlumat verib.

O bildirib ki, artıq üçüncü gündür İstanbul beynəlxalq hava limanında uçuş gözləyirlər: Marqarita pizza

“İstanbulda çovğuna görə uçuşların böyük əksəriyyəti 3 gündür təxirə salınıb. Təəssüf ki, cəmi 3 dərəcə şaxta olsa da, uçuş zolağı qardan təmizlənmir deyə, yüzlərlə reys təxirə salınıb. İstanbulun özündə də yollar qarlı olduğundan, aeroportdan çıxa bilmirik, elə skamyaların üstündə gecələyirik”.

M.Abbasov onu da qeyd edib ki, Bakıya reyslərin nə zaman bərpa ediləcəyi hələ də bəlli deyil.

Qeyd edək ki, Azərbaycanın KVN komandasının Soçi festivalında çıxışı da qalmaqallı olmuşdu. Komanda “Şuşa” adı ilə birinci turda iştirak etsə də, AMİK baş direktorunun müavini Ruben Ciqaryanın təkidi və redaktorlardan tələbi ilə ikinci tura yalnız ad dəyişimi ilə buraxılması şərti qoyulmuşdu. İkinci tura “Buta” adı keçən komanda isə qalib gəldikdən sonra yüksək liqada öz adı – “Şuşa” ilə iştirak edəcəyini israr etmiş və AMİK baş direktoru Aleksandr Maslyakovu (oğul) buna razı salmışdılar.

Hazırda Sankt-Peterburq liqasında iştirakçılar siyahısında komandanın adı hələ bərpa edilməyib, ancaq liqa yarışlarında komandanın “Şuşa” adıyla çıxışına icazə veriləcəyi bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!